FAQ

Paymes mesajlaşma tətbiqləri vasitəsi ilə məhsullarınızı satmağınıza və etibarlı üsulla satın almağınıza şərait yaradan alışveriş sistemidir.

İstifadəçilərin elektron ticarətə daha sürətli və daha rahat giriş etməsini hədəfləyən, sosial şəbəkələr vasitəsi ilə ticarətə xidmət edən və finans texnologiyaları inkişafı sahəsində işləyən şirkətdir.

Paymes'də qeydiyyat və məhsul yerləşdirmə xidmətləri ödənişsizdir.

Veb sayt sahibi olmağınıza ehtiyac olmadan Paymes-də açacağınız ödəniş linkləri ilə istədiyiniz platformadan ödəniş əldə edə bilərsiniz.

1.99%- dan başlayan komissiya faizləri ilə ödəmələrinizi Paymes ilə həyata keçirin.

Yaratdığınız linki alıcınız ilə paylaşdıqdan sonra alıcınız linkə daxil olaraq ödəməni etdikdə əməliyyat başa çatır

Paymes ilə ödəmələrinizi 1.99%- dan başlayan komissiya faizləri ilə almağa başlayın.

Dünyanın hər yerindən dollar və euro olaraq ödəniş əldə edə bilərsiniz.

Hüquqi şəxs kimi fəaliyyət göstərdiyiniz təqdirdə şirkətin hüquqi adı və ünvanı /ödənişləri qəbul etmək üçün isə şirkətin bank hesabı, fiziki şəxs kimi fəaliyyət göstərdiyiniz təqdirdə VÖEN vəsiqənizi və ödənişləri qəbul etmək üçün VÖEN-a bağlı bank hesabı lazımdır.

Paymes-də qeydiyyatdan keçə bilmək üçün veb sayt sahibi olmağınıza ehtiyac yoxdur. Darıxdırıcı formlar dolduraraq vaxt itirməyinizə də ehtiyac yoxdur. Lazımi məlumatları bizə göndərdikdən sonra 24 saat ərzində ödəmə almağa başlaya bilərsiniz.

Bütün valyutalar üzrə ödəmələriniz ertəsi gün hesabınıza köçürülür.

Paymes kanallardan asılı olmadığı üçün hər yerdən ödəniş ala bilərsiniz.

+994 055-350-14-24 nömrəli qaynar xəttimizdən, [email protected] mail adresimizdən və +994 055-350-14-24 Whatsapp nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlamaq mümkündür.

Paymes-dən internetə qoşulu olan bütün növ komputer, telefon, tablet, televizor və s. cihazlar vasitəsilə istifadə etmək olar.