Haqqımızda

Paymes Elektronik Ticaret ve Bilişim Teknolojileri AŞ, şəxslərin rəqəmsal ticarətə daha sürətli, asan və etibarlı giriş etməsinə şərait yaradan sosial şəbəkələr vasitəsi ilə bizneslərə xidmət göstərən maliyyə texnologiyaları şirkətidir.

Şirkətimizin missiyası yaş həddi olmadan, istənilən cihazda, dil və yer fərqi olmadan hər kəsin saniyyələr ərzində sosial şəbəkələr vasitəsi ilə ödəmə almağına köməklik etməkdir.

Türkiyə, Azərbaycan, Səudi Ərəbstan və Amerika-da olan komandamız və tərəfdaşlarımız ilə müştərilərimizin və hədəf bazarlarımızın ehtiyyaclarına görə həll yolları təqdim etməyi hədəfləyirik.

İstifadəçilərimizdən və bazardan əldə etdiyimiz rəylərdən istifadə edərək davamlı olaraq özümüzü yeniləyir və innovativ həll yolları inkişaf etdirmək üçün işləyirik.

2017ci ilin may ayında işə başladığımız gündən bəri sırası ilə:

  • Çili dövləti tərəfindən dəstəklənən akselarasiya proqramı Startup Chile-də iştirak etdik.
  • MVHolding, Gedik Yatırım və hissədarları tərəfindən idarə olunan StartershubXO adlı akselerasiya proqramında iştirak etdik.
  • Dünyanın qabaqcıl startap yarışmalarından biri olan Seedstars-da 2017ci ilin ən yaxşı layihəsi olaraq Türkiyə-ni təmsil etdik.
  • Avropa-nın ən böyük startap yarışması Slush-da avropanın ən yaxşl 50 şirkətindən biri olaraq seçildik.
  • 250000-dən çox Türk istifadəçiyə xidmət edərək, Türkiyə və xaricdən etibarlı ödəmə almaqlarına köməklik etdik və ölkə iqtisadiyyatına dəstək olduq.

Şirkət mədəniyyətimiz

  • Rəqəmlərin performans göstəricisi olduğunu düşünmürük. Müştərilərimizin və komandamızın xoşbəxtliyi ən böyük məqsədimizdir.
  • Paymes'də bütün fikirləri dinləməyə hazırıq və qərarlarımızı buna görə veririk.
  • Səhv etməyin ən düzgün təcrübə olduğuna inanırıq və şirkətimizdə etdiyimiz səhvlərdən müsbət nəticələr əldə etməyə çalışırıq.
  • Öyrəndiklərimiz daxil olmaqla bütün bildiklərimizi müştərilərimizlə paylaşmaqdan zövq alırıq. Məqsədimiz sadəcə satışların artmağında köməklik etmək deyil, eyni zamanda sosial biznes görüşlərimizlə də onları bu sahədə təlimləndirməkdir.
  • Paymes'də çalışan hər kəs vəzifə fərqi olmadan Paymes'i təmsil edir.
  • Məqsədimiz daim ən yaxşılarla işləməkdir.
  • Xəyal və məqsədləri olmayanlar ilə eyni komandada yer almırıq.
  • Komanda olaraq, dünyadakı maliyyə texnologiyaları və bizi əlaqədar edən hər şeyi izləyirik.

Yatırımçılarımız

Tərəfdaşlarımız